Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında bağlanmış memorandum çərçivəsində təşkil olunmuş görüş

05-02-2021 TƏLİM VƏ TƏDRİS

05 fevral 2021-ci il tarixində iki təhsil müəssisəsi arasında məsafədən təşkil olunmuş görüş keçirildi. Görüşdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Azərbaycan Texniki Universitetinin nümayəndələri yaxından iştirak ediblər. Tərəflər arasında baş tutan görüş zamanı hər iki müəssisə arasında bağlanmış razılaşma çərçivəsində subbakalavr təhsil pilləsi üzrə olan İKT və Avtomobil istiqamətlərinə dair ixtisaslar üzrə işçi qrupunun yaradılması müzakirə olunub.  Yaradılacaq işçi qrupları tərəfindən müvafiq ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığı və qısamüddətli təlim kurslarının təşkili istiqamətində işlərin görülməsi planlaşdırılıb. Müzakirələr zamanı tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən Universitet tələbələrinin gələcəkdə Peşə Təhsil Mərkəzində təcrübə proqramlarından keçmələri də nəzərdə tutulub. Habelə, peşə təhsil mərkəzinin subbakalavr pilləsinin məzunlarının ATU-da təhsillərini davam etdirmələri üçün imkan yaradılacağı qeyd olunub.

Hər iki təhsil müəssisənin təhsilverənləri arasında qarşılıqlı əlaqələrin davam etdiriləcəyi bildirilib.


Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00