Tədris mərkəzində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün təhlükəsizlik tədbirləri tam şəkildə təmin olunmuşdur. Təhlükəsizliyin təmin edilməsi və mərkəz heyətinin sağlamlığının qorunması üçün mərkəz çoxlu sayda kameralar, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə yanğınsöndürmə texnikası və avadanlığı ilə təchiz olunub. Emalatxanalar çalışanların təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri olan avadanlıq və lavazimatlarla təchiz olunub. Mərkəz daxilində fəaliyyət göstərən emalatxanaların hər birində təhlükəsizlik tədbirləri haqqında məlumatlar dərc olunmuş lövhələr yerləşdirilib.
Müəssisədə çalışan işçi heyəti, eləcə də təhsilalanlar davamlı olaraq mərkəzdə keçirilən əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri ilə bağlı təlimlərdə iştirak edirlər.
Mərkəzin Daxili sətəm siyasətLƏRi |
|
|
|
|
|
|