Dövlət-Özəl Tərəfdaşlığı modeli əsasında qurulan əməkdaşlıq
Dövlət-Özəl şirkətlərlə Əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunan 8 ixtisas üzrə təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğunluğunun ölçülməsi məqsədi ilə əməkdaş şirkətlərin müvafiq şöbələri tərəfindən rəylər hazırlanır.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-ə tələbə qəbulu prosesi, tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramları və təkmilləşdirmə kurslarının keçirilməsi, buraxılış imtahanlarının təşkili həyata keçirilir. Mərkəzimizdə təhsilalanlar tərəfdaş şirkətlərdə iş imkanları əldə etmiş olurlar. Bu şəbəkə genişlənməkdədir.