Mərkəz İnfrastrukturu

                                             


Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir.

Kampusda təhsilalanların fiziki tərbiyə ilə məşğul olmaları üçün tam şərait yaradılmış. Bu məqsədlə, mərkəzdə açıq sahə üçün nəzərdə tutulmuş bir futbol meydançası və müvafiq idman inventarları ilə təchiz olunmuş  qapalı idman zalı fəaliyyət göstərir. Qapalı idman zalı volybol, basketbol, həndbol və futbol oyunları ilə məşğul olmaq üçün müvafiq şəraitə malikdir.