Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

20-09-2019 TƏLİM VƏ TƏDRİS

Avropa çempionu Rəsul Səfərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İndiyədək həm də məşqçi kimi fəaliyyət göstərib. Ancaq zamanın tələbi başqadır, təbii. Pəhləvanlıq da müəyyən bir vaxta, yaşa qədər insanı ayaqda tutur. Bəs, ondan sonra?

Sonrası üçün Rəsulun başqa planları var və həmin planların icrasına başlayıb belə. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa qərar verməklə. Qarşıdakı bir il boyunca təhsil alıb elektrotexnika üzrə mütəxəssis olacaq. “Pəhləvanlıq hara, elektrotexnika hara?” - deməyin. Peşə seçmək, peşəni dəyişmək heç vaxt gec deyil. Rəsulu da özünün marağı, zamanın tələbi bu ixtisasa gətirib çıxarıb: “Ətrafımız elektrotexnikadan ibarətdir. Hər addımbaşı bu sahədə bilik lazım olur. İnkişaf o həddə çatıb ki, zamanla ayaqlaşmaq üçün əlavə bilik və bacarıqlar tələb olunur”.

İndiyədək evdə kommunikasiya ilə bağlı yaranan istənilən məsələdə “Rəsul!” deyə çağıran ailə üzvləri bundan sonra işi ustasına gördürəcəklər. Bacarıqlı pəhləvan Rəsul bir usta toxunuşu ilə telləri, tellərlə insanları biri-birinə bağlayacaq: “Biri var görüb-götürmək, bir də var ki, bir işi elmi əsasları ilə bilmək. Gördüyün işin mahiyyətini bilirsən.

Bu baxımdan buradakı təhsilim mənim üçün çox önəmlidir. Burda aldığım təhsili, əldə etdiyim bilik və bacarıqları ölkəmizdəki şirkətlərdən birində tətbiq edə biləcəyimi düşünürəm”.

Rəsul peşə təhsili almaq üçün Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçməyinin səbəblərini belə izah edib: “Bu Mərkəzə maraq həm də onun Koreya təhsil standartları əsasında olmasından doğdu. Elanlarını oxuyanda məhz  bu, məndə maraq oyandırdı. Atam da  peşə təhsili alıb və illərdir həmin təhsili əsasında əldə etdiyi bilik və bacarıqlar əsasında fəaliyyət göstərir. Dünyada peşə təhsilinə çox ciddi baxılır və mən də peşə təhsilinin üstünlüyünü ailədən bilən bir adamam. Onu da bilirəm ki, mənim də, təhsil alacağım bu mərkəzdəki texnikanı quraşdırmağa gələnlər də bəlkə öz ölkəsində heç bir təhsili olmayan, ancaq işini yaxşı bilən mütəxəssislərdir. Məncə, peşə təhsili ilə bağlı yanlış təsəvvürü artıq dağıtmaq lazımdır. Ali təhsili aşağılamaq istəmirəm, ancaq 4 il məqsədsiz, hədəfsiz təhsil almaqdansa, bir -iki ilə öz peşənə yiyələnmək daha doğrudur”.

Burdakı təhsilinin idman karyerasına da mane olmayacağını düşünən Peşə Təhsil Mərkəzinin tələbəsi gələn il Portuqaliyada keçiriləcək dünya çempionatına hazırlaşır.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00