Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib
13 dekabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə
ağır sənaye və maşınqayırma sənayesinin mövcud vəziyyəti, inkişaf perspektivlərinin
öyrənilməsi, müəssisələr arasında korporasiya əlaqələrinin qurulması, mövcud
problemlərin vaxtında araşdırılması, həlli yollarının müəyyənləşdirilməsi, müvafiq
istiqamətlər üzrə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların
hazırlanmasında işəgötürənlərlə birgə əməkdaşlıq, eləcə də Mərkəzin istehsal
imkanları ilə bağlı müzakirələr aparılıb.
Tədbir
zamanı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Maşın və
Avadanlıq İstehsalçıları Assosiyasiyası arasında gələcək əməkdaşlıq istiqamətlərini
özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb.
Tədbirin
sonunda iştirakçılar Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris
prosesi ilə tanış olublar.