“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir
Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və
Ətraf  Mühitin Mühafizəsi” mövzusunda cəmiyyətin
hər bir üzvü üçün maraqlı, eyni zamanda  
insan sağlamlığının  qorunmasına
xidmət edə biləcək  vacib amillərə həsr
olunan  tədbir keçirilib.
Müzakirələrdə
iştirak edən tələbə və işçi heyəti beynəlxalq 
standartlar əsasında hazırlanmış “SƏTƏM” haqqında ümumi məlumatlandırma”  ilə yaxından tanış olublar. İştirakçılar
üçün  maraq doğuran təlimin əsas qayəsi
ondan ibarət idi ki, “SƏTƏM” sahəsində bütün işçilər və tələbələr iş yerlərində
və təcrübə  ərazisində  təhlükəsizlik prinsiplərinə əməl edə bilsinlər.
Onlar istər özlərinin, istərsə də ətrafdakıların  daha az risklə  üzləşməsi üçün təlqin olunan bilik və
bacarıqlara yiyələnməklə    maariflənmiş
olsunlar  və çalışdıqları, təhsil
aldıqları, təcrübə keçdikləri  ərazilərdə
özlərinin və ətrafdakıların  təhlükəsizliklərini
sığortalasınlar. Ümumiyyətlə, bu tədbirin keçirilməsində əsas məqsəd  hamını 
ayıq-sayıq olmağa, çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri  ərazilərdə, yolda, küçədə və sair yerlərdə
diqqətsizliyə yol verməməyə çağırmaq idi. Diskussiya şəraitində  davam edən müzakirə zamanı iştirakçıları
maraqlandıran  bütün suallar da ətraflı
izahat verilməklə  cavablandırıldı.
Sonda  həyatımızın bütün sahələrində təhlükəsizliyə əməl
olunmasının vacibliyinə diqqət çəkərək 
vurğulandı  ki, hər bir kəs fövqəladə
hallar zamanı idarəetmə prinsiplərinə uyğun 
hərəkət etməli, “SƏTƏM”in əhəmiyyətini, 
“SƏTƏM” İdarəetmə Sisteminin elementlərini, beynəlxalq və yerli
qanunvericiliyin tələblərini, işəgötürənin və işçilərin “SƏTƏM”ə dair öhdəliklərini
bilməlidir. Belə olan halda heç kim  nə
öz həyatını təhlükə altına atar, nə də ətrafdakılara ziyan vura bilər.
Maraqlı
keçən müzakirədə “SƏTƏM” məsləhətçisi Kamil Manaflı “Alışan və zəhərli qazlar”,
“Qazıntı təhlükəsizliyi”, “Qapalı sahəyə giriş”, “Hündürlükdə iş”, “Təhlükəli
maddələr və bioloji təhlükələr”, “Təhlükələrə qarşı nəzarət tədbirlərinin
görülməsi”, “Sağlamlığa zərərli maddələrə nəzarət (COSHH & MSDS)”, “Hadisə
nədir və hadisənin növləri”,  “Hadisələrin
araşdırılması və məruzə olunması”, “Ətraf mühitin idarəetmə sistemi”, “SƏTƏM mədəniyyəti”,
“Biliklərin və təlimin qiymətləndirilməsi” və sair mövzular  barədə 
ətraflı məlumat verib.