Karyera bacarıqları
Mərkəzdə əldə olunan bilik və bacarıqların
əldə olunması təkmilləşdirilmiş hüquq normaları vasitəsilə
müasir tələblərə, texniki peşə təhsili işçilərinin təkmilləşdirilmiş tədris
prosesinə, maddi-texniki təminatın təkmilləşdirilməsi, eləcə də müasirləşdirilmiş idarəetmə strukturlarına əsasən həyata
keçirilir.
Təhsil müəssisəsi hökumət və qeyri-hökumət təşkilatları, eləcə də işə götürənlərlə
birlikdə yeni texniki peşə təhsili standartlarına uyğun olaraq bacarıqlara əsaslanan
nəticə yönümlü tədris planı hazırlamış, əldə edilən bacarıqların tanınması üçün metodologiya
yaratmışdır.
Mərkəzdə texniki sahədə daha yaxşı yetişdirilmiş pedoqoji heyətin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək. Hazırda məzunlarların qazandıqları kompleks bilik və bacarıq əmək bazarının tələblərinə cavab verir.
Mərkəzdə tədris olunan müxtəlif istiqamətli 8 texniki peşə ixtisası ilə paralel mərkəz təhsilalanlarına aşağıdakı bir sıra bacarıqlar da aşılanır:
FƏNNİN ADI |
QAZANILACAQ BACARIQLAR |
Sahibkarlıq |
Sahibkarlığın əsasları, sahibkarlıq fəaliyyətinin növləri,
mahiyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq rəqabəti və növləri, sahibkarlıqda
risklərin mahiyyəti və növləri, risklərin sığortalanması, risklərinin aşağı
salınması, müəssisələrin sahibkarlıq fəaliyyəti, sahibkarlıq fəaliyyətində
marketing sistemi |
İşgüzar etika |
Peşə etikası və etiket qaydaları,
ünsiyyət formaları, işgüzar münasibətlərdə etik normalar, etikanın əsas
kateqoriyaları, servis müəssisəsində ünsiyyət bacarığı, işçilərin nitq
mədəniyyəti, əmək kollektivi, koperativ mədəniyyət, işgüzar qəbulların keçirilməsində
etiket tələbləri |
Texniki ingilis dili |
Texniki və işguzar ingilis dilində dinləyib
anlama, ünsiyyət qurmaq, oxu və yazı vərdişlərinə yiyələnmək |
Hesab |
Cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində hesab
əməllərini yerinə yetirmək, statistik məlumat toplamaq, sistemləşdirmək, təhlil və nəticəni
təqdim etmək, dəqiq və təqribi hesablamalar aparmaq, diaqram qurmaq |
İKT əsasları |
İnformatikanın predmeti, hesablayıcı texniki vasitələrin aparat təminatı,
hesablayıcı texniki vasitələrin proqram təminatı, informasiyanın
kodlaşdırılması, kompüterin iş prinsipi,
əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi
periferiya qurğuları: təyinatı və xarakteristikası, mətn
redaktorları, qrafik
redaktorlar, elektron cədvəllər, verilənlər
bazalarının idarə edilməsi |
Ünsiyyət bacarığı |
İnsanlararası ünsiyyətin növləri və
funksiyaları, ünisiyyət bacarığının informasiya mübadiləsində rolu, ünsiyyət prosesində psixoloji təsirin
tənzimlənməsi, qrup və kollektiv üzvləri arasında ünsiyyət, ünsiyyət dairəsinin genişlənməsi, sosial
normalar |
SƏTƏM |
Sağlamlıqla və təhlükəsiliklə bağlı rol, öhdəlik və məsuliyyəti
dərk etmək, iş yerində, gündəlik həyatda baş verə biləcək təhlükələr, onların
müəyyənləşdirilməsi, nizam-intizam qaydaları, əməyin sağlamliği və
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, fövqəladə hallar zamanı tədbirlər |