Peşə Mərkəzində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
Sənayə və İnnovasiya üzrə BDPTM-də ödənişli əsaslarla təhsilalanların ödənişi 1000 manat məbləğində müəyyən edilib.