Xəbərlər

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

02-10-2019 TƏLİM VƏ TƏDRİS

Valideynlərin əksəriyyəti uşaqlarına bəlli bir gələcək çızır - "əla oxu, nüfuzlu universitetlərdən birinə qəbul ol və oranı yüksək səviyyədə bitir...” 
Amma dəfələrlə bu fikrin hər uşağın taleyində keçərli olmadığının şahidi olmuşuq. Mükəmməl təhsil önəmlidir, mübahisəsiz. Amma hər bir şəxsin seçdiyi peşəni, ixtisası sevməsi, onu həyatının bir parçasına çevirməsi daha vacibdir. Kimdənsə geri qalmamaq xatirinə universitet qapısı döyməkdənsə, sevdiyin peşələrdən birinin mahir bilicisi olmaq daha doğrudur. 
Biz bu qənaətin nə qədər doğru olduğunu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olarkən bir daha anladıq.

“Kamil bir palançı olsa da, insan, yaxşıdır yarımçıq papaqçılıqdan”

Bu mərkəzdə 200-dən çox tələbə təhsil alır. Məktəb ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Kompleks əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün hər cür lazımi şərait yaradılıb. Kompleks Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir.

Ən önəmlisi isə burda peşəkar müəllim və gələcəkdə yaxşı mütəxəssis olmaq üçün əzmlə çalışan tələbələr bir araya gəlib.
İlk baş çəkdiyimiz emalatxanada onların bir qrupuyla həmsöhbət olduq.

News24.az-a danışan Tural Ələkbərov “Sənayequraşdırma” ixtisasının müəllimi n sözlərinə görə, tələbələr metal elektrodlu qövs qaynağıyla bu məsləyin sirrlərinə yiyələnirlər: “Baxmayaraq ki, dərslər təzə başlayıb tələbələr artıq böyük əzmlə qaynağı öyrənməyə can atırlar. Tələbələrimizə bununla yanaşı, qaynaq zamanı təhlükəsizlik tədbirləri, boruların çəkilişi, kart proqramları vasitəsilə layihələrin hazırlanması tədris olunur. Gördüyünüz kimi, bölməmiz ən son və yeni texnologiyalarla təchiz olunub ki, bu da tələbələrin sahəni geniş, əhatəli, ən əsası isə praktiki öyrənməsinə şərait yaradır.

Təhsil Mərkəzinin digər peşə məktəblərindən üstünlüyü... 

Elvar Baxşıyev onu da əlavə edib ki, gələcəkdə bu müəssisəni bitirən tələbələr rahat şəkildə ölkəmizdə fəailəyət göstərən avtomobil firmalarının rəsmi texniki servis mərkəzlərində işləyə biləcəklər:“Azərbaycanda fəaliyyət göstərən peşə təhsil mərkəzlərinin tədris planı əsasən nəzəri və praktiki hissədən təşkil olunur. Amma Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 70 faiz praktik təlimlər, 30 faiz isə nəzəriyyə tədris olunur. Bundan əlavə, müəssisəmizdəki təchizat və avadanlıqlar Azərbaycanın digər peşə təhsil müəsissələrinin heç birində yoxdur. Müəllimlərin hər biri Koreyada təlim keçib. Mən də daxil olmaqla bütün müəllimlər oranın sertifikatını qazanmışıq”.

Təhsil Kompleksi haqqında danışan mərkəzin direktoru Rəşad Xanlarov da hazırda səkkiz texniki ixtisas üzrə tədris keçirildiyini qeyd edib: “Bunlar mexanika, sənaye quraşdırılma, elelktronika, elektrotexnika, avtomatika, inşaat avtomoibili ixtisası, informasiya, kommunikasiya texnologiyalarıdır. Bu ixtisaslar Koreya modeli əsasında qurulub. Koreya modelinin özəllikləri ondan ibarətdir ki, texniki fənlər üzrə praktiki məşğələlərin saatları 60-70 faiz təşkil edir. Koreyalı ekspertlərlə birgə 8 texniki ixtisas üzrə kurikulumlar hazırlanıb. Bu kurikulumlar bizim mərkəzə uyğunlaşdırılıb və ixtisaslar üzrə 8 tədris vəsaiti hazırlanıb. Tədris müddəti bu dəfə bir il, gələn ildən isə həm bir, həm də 3 il olacaq. Üç il təhsil alanlar artıq subbakalavr sayılacaq. Bu tələbələrimizə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı yaradacaq. Mərkəzimiz iki emalatxanadan ibarətdir. Son texnologiylar üzrə Koreya istehsalı olan 4 mindən çox avadanlıq gətirilib. Tələbələrimiz bu avadanlıqlarla təlim keçirlər”. 



Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00