“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.
Sözügedən seminarlar tərəflər arasında təcrübə mübadiləsinə şərait yaradıb, “Microsoft” Şirkətinin təhsil fəaliyyətlərindən, təhsil sistemində istifadə olunan “Microsoft” məhsullarının səmərəliliyindən danışılıb, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə təhsili inkişaf etdirmək məqsədilə tədris metodlarının təkmilləşdirilməsinin vacibliyi vurğularaq, Mərkəzin infrastrukturunun davamlı inkişaf etdirilməsi istiqamətində təkliflər dəyərləndirilib.
“Microsoft”
Şirkətinin təhsil həlləri üzrə mütəxəssisi Oliver Zofiç sürətlə inkişaf edən
dünyada texnologiyanın üstünlüklərindən istifadə edərək, yeni bilik, təcrübə və
imkanlar qazanmağın əhəmiyyətindən danışıb. O, “Microsoft”un Azərbaycan üzrə
milli planının əsas tərkib hissəsi olan təhsildə rəqəmsal transformasiya, şirkətin
mövcud bulud sistemləri, süni intelekt, həmçinin peşə təhsil imkanları və
onların həlləri haqqında geniş məlumat verib, öz təcrübələrini bölüşüb.
Tədbirdə
çıxış edən “Microsoft Azerbaijan” Şirkətinin təhsil proqramları üzrə meneceri
Emin Axundov Azərbaycanda Microsoft Milli Planının əsas komponentlərindən biri
təhsil müəssisələrində tədris fəaliyyətinin səmərəliliyini artırmaq və təhsil
sistemini inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzinin Direktorı Mərkəzin geniş texniki imkanlarını nəzərə alaraq,
Microsoft şirkətinin tədrisdə müxtəlif həllərini tətbiq etmək məqsədi ilə
xüsusi texniki poliqonun yaradılması imkanının mövcudluğunu qeyd edib. Mərkəzin
nəzdində dördüncü sənaye inqilabının (“Sənaye 4.0”) texnologiyalarının tətbiq
edilməsi istiqamətində zəruriyyət və tədris prosesinə inteqrasiya edilməsinin
planlaşdırılması vurğulanıb.
Tədbirin
sonunda “Microsoft” Şirkətinin nümayəndələri Mərkəzin emalatxana və dərs
otaqlarında mövcud texniki imkanlar ilə əyani tanış olublar. Qeyd edək ki, tədbirin
məqsədi əmək bazarının tələblərinə uyğun təhsildə yanaşmaları və alətləri
nümayiş etdirmək və bu istiqamətdə Mərkəzlə əməkdaşlıq etməkdir.
