Xəbərlər

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

15-11-2019 TƏLİM VƏ TƏDRİS

15 noyabr 2019-cu il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində Qazaxstandan olan gənc sahibkar, “Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş keçirilib. Görüşdə Bakı şəhərinin peşə təhsili müəssisələrindən olan mühəndis-pedaqoji heyət və tələbələr iştirak edib.

Görüşdə gənc sahibkar öz uğur hekayəsini bölüşərək, informal və non-formal öyrənmə haqqında bəhs edib və öz üzərində daima çalışmağın əhəmiyyətini vurğulayıb. Daha sonra dünyanın bir çox ölkəsində kənd təsərrüfatı, tikinti, kriptovalyuta, ekoloji dərman məhsulları, saat istehsalı kimi sahələrdə qurduğu bizneslərindən danışıb. Eyni zamanda, startapların başlanılması, strategiyası, marketinqinə dair də təcrübəsini bölüşüb. Tədbirin sonunda Arman Toskanbayev ilə müzəkirə təşkil olunub, tələbələrin ünvanladığı suallar cavablandırılıb və müəllif ən yaxşı sualları verən fəal tələbələrə sahibkarlıq haqqında yazdığı “İdeyadan biznesə” kitabını bağışlayıb.

Daha sonra, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin maddi-texniki bazasına baxış keçirilib və mühəndis-pedaqoji heyətlə peşə təhsili müəssisələrində startapların qurulmasına dair müzakirələr aparılıb.

 

 

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00