“Cisco Şəbəkə Akademiyası” informasiya
texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər
və eyni zamanda bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulub.
"Cisco Şəbəkə Akademiyası"nda dərslər "Cisco" şirkətinin
beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən
keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə
inzibatçılığı, təhlükəsizlik və "bulud" texnologiyaları nəzəriyyələrini
öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki
laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini
artırırlar və rəsmi onlayn resurslarına çıxış imkanı qazanırlar.
Akademiyada təklif olunan aşağıdakı təlim kursları iştirakçılara şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərin öyrədilməsi ilə yanaşı, onlara yeni karyera qurmaq və mövcud karyeralarında yüksəlmək üçün aşağıda qeyd olunan istiqamətlərdə geniş imkanlar yaradacaq:
1. Get connected
2. Introduction to Cyber Security
3. Introduction to IoT
4. IT Essentials
5. Cyber Security Essentials
Bunlarla yanaşı, keçiriləcək təlimlər sayəsində tələbələr
"Cisco sertifikatlı şəbəkə mütəxəssisi" (CCNA) və ya "Cisco
sertifikatlı şəbəkə peşəkarı" (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq
imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki
biliklər qazanacaqlar.