Təqaüd və Yardım

Azərbaycan Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə peşə təhsili müəssisələrində təqaüd 50 (əlli) manat məbləğində müəyyənləşdirilib.


Azərbaycanda koronavirusa görə bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərar:

Bu hal ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə aiddir. Onların bu ilki tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Qərara əsasən peşə təhsili müəssisələrində bu güzəşt illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilir.

Qərara əsasın sosial baxımdan həssas əhali qrupuna aşağıdakılar aid edilir:

  1. ünvanlı dövlət sosial yardımı alanlar
  2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
  3. I və II dərəcə əlilliyi olan şəxslər
  4. işsiz kimi qeydiyyatda olanlar
  5. yaşa görə əmək pensiyaçıları
  6. yaşa görə sosial müavinət alanlar.