Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyəti

26-11-2020 TƏLİM VƏ TƏDRİS

26 noyabr 2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Malayziya Texnologiya Universiteti arasında onlayn görüş keçirilib. Görüş hər iki tərəfin rəhbər və mütəxəssis həyətdən ibarət nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Görüşün həyata keçirilməsində başlıca məqsəd olaraq gələcəkdə qurulacaq əməkdaşlıq istiqamətində təkliflərin  və müzakirələrin aparılması dururdu.

Onlayn görüş zamanı hər iki tərəfin təmsilçilərinin mövqelərinin qısa şərhindən sonra, təhsil müəssisələrinin rəhbərləri təmsil etdikləri müəssisəni təfərrüatlı şəkildə ifadə edən slayd təqdimatlarla çıxış ediblər, təmsil etdikləri qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün elm, texnologiyalar, təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qurumlar bir sıra - məlumat, bilik və material mübadiləsi, tələbə mübadiləsi, kadr mübadiləsi, birgə tədqiqat, birgə tədris və təlim proqramları, müvafiq ixtisaslar üzrə professional proqram təlimləri, dual sertifikatlaşdırma proqramları istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Müzakirələr zamanı nəzərdən keçirilməsi üçün bir sıra təkliflər verilmişdir.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov da bu görüşdə iştirak edib. Ceyhun Kərəmov peşə təhsilinin inkişaf  etdirilməsi, yeni, müasir vasitələrin təhsildə tətbiqi üçün bu kimi beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına geniş yer verilməsinin əhəmiyyətini vurğulayıb və qurulacaq bu əlaqənin hər iki tərəf üçün zəruri rol oynayacağını bildirib. 

Hazırki ilkin müzakirələrin, fikir mübadiləsi və təkliflərin dəyərləndirilməsi növbəti həftə ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Görüşün yekununda hər iki tərəf qeyd olunan fikir və təkliflərdən çıxış edərək qurulacaq əməkdaşlığın səmərəli və geniş istiqamətli olacağını ifadə ediblər. 

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00