Xəbərlər

“Technol” şirkəti ilə Təhsil Mərkəzinin birgə əməkdaşlıq addımları

24-11-2020 TƏLİM VƏ TƏDRİS

Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı olan “Technol” şirkəti ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında 2020-ci ildən etibarən əməkdaşlıq qurulmuşdur və birgə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilməkdədir.

Qeyd edək ki, “Technol” şirkəti müasir texnologiyalardan istifadə etməklə istehsalat prosesinin təkmilləşdirilməsini təmin etmək məqsədi ilə müəssisədə istifadə olunan yağ çənlərindən məlumatların əldə edilməsinin avtomatlaşdırılması qərarına gəlmişdir. Bu prosesin təmin olunması məqsədi ilə Mərkəz tərəfindən bir neçə təklif hazırlanaraq şirkətə təqdim edilmişdir. Hal-hazırda müəyyən olunmuş təklif üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Avtomatika” istiqamətinin mühəndis-pedaqoji heyəti sifarişin icrasına başlamışdır.

Görüləcək iş çərçivəsində, sürtgü yağlarının ehtiyyat səviyyəsinin ölçülməsi üçün quraşdırılmış sensorlar vasitəsilə, çənlərdən məlumatların birbaşa cihaz panelinə ötürülməsi təmin olunacaqdır. Qeyd edək ki, bu proses daxilində real vaxt məlumatlarının Proqramlaşdırıla bilən Məntiq Kontrolleri  (PLC) vasitəsilə birbaşa olaraq HMI ekranına ötürülməsi imkanı təmin olunacaq.  

Tərəflər gələcəkdə bir sıra  birgə layihələrin həyata keçirilməsi  istiqamətində müvafiq işlərin görülməsini uğurla davam etdirməkdədir. 

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00