Xəbərlər

Peşə təhsil mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb

20-11-2020 TƏLİM VƏ TƏDRİS

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, peşə təhsil mərkəzləri əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, əməkdaşların müvafiq sahələrdə bilik və bacarıqlarının artırılması, müxtəlif istiqamətlər üzrə tədris plan və proqramların (kurrikulumların) hazırlanması, istehsalat təcrübəsinin keçirilməsi və təlimlərin təşkili sahələrində əməkdaşlıq edəcəklər.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin fəaliyyəti də tanış olublar. Məlumat verilib ki, 2020-2021-ci tədris ilində fəaliyyətə başlayan Mərkəz Sənaye Parkının ərazisində yaradılmış ilk peşə təhsili müəssisəsidir və 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. 6 korpusdan ibarət və müasir maddi-texniki baza ilə təchiz olunmuş Mərkəz Peşə Təhsil Mərkəzində 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq vardır.

Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tədris-təcrübə prosesinə cəlb edilib. Bu isə, praktiki dərslərin Sənaye Parkının müəssisələrində keçirilməsinə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən daha səmərəli tədris aparmasına, eləcə də tələbələrin bilavasitə istehsalat sahəsində təcrübə keçərək lazımi praktik biliklərə yiyələnməsinə imkan yaradır.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00