Xəbərlər

Peşə müəssisəsində Avtomobil istiqaməti üzrə kadr hazırlığı

17-11-2020 TƏLİM VƏ TƏDRİS

Peşə Təhsil Mərkəzi Avtomobil istiqaməti üzrə təhsilalanlarının peşəkar səviyyədə bilik və bacarıq qazanmaları üçün Mərkəz daxilində və eləcə də, Mərkəzdən kənarda lazımı imkanlar yaradır. Bu istiqamətdə görülən fəaliyyətə dəstək üçün yaxın günlərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtolüks Azərbaycan” MMC şirkəti arasında anlaşma memorandumu imzanalanıb.


Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq memorandumunun imzalanmasında əsas məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müvafiq tədbirlər görməkdən ibarətdir. Belə ki,  fəaliyyət planındakı başlıca tədbirlər Mərkəzdə fəaliyyət göstərən 1 illik “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə texniki peşə təhsili  və 3 illik “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə yüksək texniki peşə təhsili alan təhsilalanlar üçün peşəkar hazırlığın təşkilinə dəstək vermək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. 2020-2021-ci tədris  ilindən etibarən tərəflər peşəkar kadr hazırlığını təmin etmək məqsədilə birgə tədris proqramları hazırlayacaq, eləcə də təlimlər təşkil edəcəklər.


Həmçinin, Ferrari, Lamborghini, Land Rover, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional, eləcə də, Jaguar, Jeep və Abarth kimi məhşur dünya markalarını Azərbaycan istehlakçısına təqdim edən “Avtolüks Azərbaycan” MMC şirkəti tərəfindən Mərkəz təhsilalanlarının praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iş yerində təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi də nəzərdə tutulur.


Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM digər qabaqcıl avtomobil müəssisələri olan Abşeron Avtomobil Mərkəzi (Mercedes Benz), İmprotex Motors (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), Dream Auto MMC, Şərq Motors, Toyota Azərbaycan, Cahan Motors, Mitsubishi, Honda, Mazda, Subaru və bu kimi digər avtomobil şirkətləri ilə də əməkdaşlıq etməkdədir.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00