Xəbərlər

Peşə Təhsil Mərkəzinin təhsilalanları və məzunları üçün təcrübə və innovativ inkişaf imkanları

05-11-2020 TƏLİM VƏ TƏDRİS

Peşə təhsil sahəsində yüksək innovativ texnologiyalara və tədris proqramına malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi hər zaman öz təhsilalanları və məzunlarının inkişafı istiqamətində fəaliyyət dairəsini genişləndirməkdədir. Daxili təcrübə və imkanları ilə məhdudlaşmayan Mərkəz öz fəaliyət sahəsində digər kənar təcrübə və texniki baza ehtiyatlarını da tətbiq edir. Bu səbəbdən, Mərkəz mütəmadi olaraq dövlət və özəl sektorla əməkdaşlıq şəbəkəsini genişləndirir. Ötən günlərdə Mərkəz ilə “Mətanət A” şirkəti arasında anlaşma memorandumu imzalandı.

Şirkətlə yaradılan əməkdaşlığın başlıca məqsədi “İnşaat” istiqaməti üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Əməkdaşlıq çərçivəsində Mərkəzdə müvafiq istiqamətlər üzrə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Mətanət A” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, şirkət ən son rəqəmsal texnologiyalarla təchiz olunmuş zavodlarında avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək inşaat məhsullarının istehsalı ilə məşğuldur. Belə ki, “Avtomatika” istiqaməti üzrə təhsil alan tələbələr şirkətin mühəndis heyətindən, eləcə də, aparıcı mütəxəssislərindən avtomatlaşdırılmış avadanlıqların işləmə prinsipləri ilə əlaqəli məlumatları əldə etmə və təcrübə etmə imkanına malik olacaqlar.

Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, onların istehsalat təlimi keçmələrinə şərait yaradılması, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların, qarşılıqlı maraq kəsb edən mövzularda seminarların, təlimlərin, tədris proqramları və layihələrin təşkil olunmasında  tərəfdaş şirkət tərəfindən dəstəyin göstərilməsi də nəzərdə tutulmuşdur.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00