Xəbərlər

Peşə Təhsil Mərkəzində təhsilin dəstəklənməsi istiqamətində növbəti addım

03-11-2020 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq çərçivəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etməkdədir. 13.10.2020-ci il tarixində Mərkəz Audi markalı avtomobillərin rəsmi idxalçısı olan “Dream Auto” MMC şirkəti ilə anlaşma memorandumu imzaladı.

Yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər təcrübə və istehsalat proseslərinin həyata keçirilməsi üçün zəngin maddi-texniki bazaya, geniş elmi-texniki laboratoriyalara və təcrübəli ixtisaslı kadrlara malikdir. Belə ki, təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların elmi-texniki potensialının gücləndirilməsi və eləcə də, qlobal bazarın tələblərinə uyğun ixtisaslı kadr hazırlığının həyata keçirilməsi, ölkədə müasir bazarın tələblərinə cavab verən bu iki müəssisə arasındakı əməkdaşlığın əsas istiqamətlərindəndir.  

Qeyd edək ki, birgə fəaliyyət planında əksini tapmış layihələr çərçivəsində Master Classların, Avtomobil istiqamətində təhsil alanlar  üçün seminar və təlimlərin keçirilməsi, tədris proqramdakı modullara dair rəylərin verilməsi,   təcrübi proqramlar zamanı müəyyən olunmuş istiqamət üzrə texniki şöbələrin və mentorların müəyyən edilməsi də nəzərdə tutulmuşdur.

Baza biliklərinə yiyələndikdən sonra istehsalat təcrübəsinə cəlb olunmuş və yüksək nəticələrlə qiymətləndirilmiş təhsilalanların mövcud vakansiyalar  üzrə işlə təmin olunma imkanı da əməkdaşlıq çərçivəsinə daxil olan proseslərdən hesab olunur.

Mərkəzlə şirkət arasında dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılan bu əməkdaşlığın uğurlu nəticələrə imza atacağına əminik.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00