Xəbərlər

Məzun - Sirac Həziyevin uğur hekayəsi

24-09-2020 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının növbəti uğurlu məzunlarından biri Sirac Həziyevdir. Sirac, Mərkəz haqqında öz fikirlərini və yeni tədris ilinin başlaması ilə əlaqədar yeni təhsil alacaq şəxslərlə öz tövsiyyələrini bölüşdü.

Peşə təhsili almaq seçimi və Mərkəzdə aldığınız təhsil karyeranızın inkişafında nə kimi rol oynadı?

Peşə təhsili almaq mənim öyrənmək istədiyim sahə və inkişafım üçün kifayət qədər uğurlu seçim idi. Mərkəzdə aldığım təhsil müasir təhsil standartları uyğun bilik və bacarıqlar qazanmağıma səbəb oldu. Nəzəri öyrənilən biliklərin daha da möhkəmlənməsi praktiki dərslərin sayəsində mümkün olur, burada keçirilən praktiki məşğələlər isə kifayət qədər təcrübə qazanmaq və öyrəndiklərimizi artıq vərdiş halında tətbiq etməyə şərait yaradır. Mərkəzdə təhsil almaq seçimimin digər bir səbəbi isə Mərkəzin yaratdığı əməkdaşlıqlar nəticəsində işlə təmin olunma imkanımın olması idi. Həqiqətən də buradakı təhsilimi uğurla başa vurduqdan sonra karyeramda irəliləyiş baş verdi. Hal-hazırda “İmprotex Motors” (BMW) şirkətində “Avtomobil diaqnostikası və təmiri üzrə təcrübəçi” kimi fəaliyyət göstərirəm.

Yeni tədris ilindən Mərkəzdə təhsil alacaq tələbələrə tövsiyyələriniz nədən ibarətdir?

Bu mərkəzdə təhsil almağınızın sizin inkişafınızda uğurlu addım olacağına əminəm. Burada 8 fərqli ixtisas üzrə təhsil almaq imkanınız var, hətta, 3 illik təhsil aldığınız halda subbakalavr dərəcəsi qazanırsınız və ali təhsil müəssisəsində bakalavr dərəcəsinə keçid imkanınız yaranır. Müasir texnologiyaya uyğun hər bir şəraitlə təchiz olunmuş emalatxanalarda praktiki məşğələlərdə təcrübə qazanacaqsınız. Ən əsas tövsiyyəm odur ki, ixtisas seçimi edərkən sevdikləri peşəniüzrə seçim etsinlər. Fikrimcə, peşəkar işçi olmaq üçün bu vacib şərtdir. Və seçdikləri peşə üzrə daim özlərini inkişaf etdirsinlər.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00