Xəbərlər

Məzun - Zamiq Tahirovun uğur hekayəsi

23-09-2020 TƏLİM VƏ TƏDRİS

Yeni tədris ilinə hazırlıq prosesinin davamı olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ötən ilki məzunlarının uğur hekayələrini yazmağa davam edir. Zamiq Tahirov Mərkəzin uğurlu məzunları siyahısına adını yazdıran gənclərdəndir. Zamiq, “Avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının məzunudur.

Peşə təhsili almağı seçməkdə məqsədiniz nə idi və Mərkəzdə aldığınız təhsilin sizin karyeranızdakı inkişafınıza nə kimi təsiri oldu?

İlk öncə, peşə təhsili almaq seçimim texniki bilik və bacarıqlara yiyələnmək istəyimdən irəli gəlirdi. Həmçinin, çalışdığım sahə üzrə özümü inkişaf etdirmək istəyirdim. Bu məqsədlə Mərkəzə üz tutdum və avtomobil sahəsində ixtisas seçimi etdim. Ümumiyyətlə, Mərkəzə gəlmədən öncə buradakı dərslərin Koreya modelinə əsaslanan proqram əsasında keçiriləcəyi, 60-70% praktiki dərslərə üstünlük veriləcəyi barədə məlumat almışdım. Həqiqətən də burada təhsil aldığım müddətdə bunun şahidi oldum. Zənnimcə, dünya standartlarına uyğun şəraiti olan Mərkəzdə təhsil almağım, yeni texniki avadanlıqlarla tanışlığım və istifadə imkanım, peşəkar kollektivin nümayəndəsinə çevrilməyim buradan qazandıqlarımdır. Bundan əlavə, Mərkəzdəki təhsilimi başa vurduqdan bir müddət sonra İmprotex Motors (BMW) şirkətində fəaliyyətə başlamışam. Hal-hazırda burada “Avtomobil diaqnostikası və təmiri üzrə təcrübəçi” kimi fəaliyyət göstərirəm.

Yeni tədris ilində Mərkəzdə təhsil almaq istəyən insanlara tövsiyyəniz nə olardı?

Yeni tədris ilində yeni təhsilalanlara müvəfəqiyyət arzu edirəm. Tövsiyyəm odur ki, seçdikləri peşəyə dərindən yiyələnməyə çalışsınlar və daim daha çox öyrənməyə meylli olsunlar. Daha yüksək nailiyyətlər əldə etmək üçün məqsədli olmaq lazımdır. O məqsədə çatmaq üçün isə özlərini daim inkişaf etdirməyə, yenilikçi olmağa çalışsınlar. Hər kəs öz uğur hekayəsini yaza bilər, sadəcə bunun üçün əzmli olmaq lazımdır.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00