Xəbərlər

“Azərsun Holding”-də çalışan məzunlarımız

21-09-2020 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində adı “uğurlu məzunlar” siyahısında olan daha iki müsahibimiz Nicat Allahverdiyev və Fuad Babayevdir. Artıq bir neçə ildir ki, “Azərsun Holding”də çalışan məzunlarımız öz sahələri üzrə inkişaf etmək məqsədilə Mərkəzdə təhsil almağı seçdilər.

Bu Mərkəzdə təhsil almağın sizə nə kimi faydaları oldu və karyeranızın inkişafına nə kimi təsir göstərdi?

Nicat: Fuad və mən media və sosial şəbəkə vasitəsilə Mərkəz haqqında məlumat əldə etdik və burada keçirilən dərslərin fotmatı, Koreya modelinə uyğun 60-70%-i praktiki məşğələlərə əsaslanan təhsil proqramının olması diqətimizi cəlb etdi.

Fuad: Hər ikimiz qəbul üçün müraciət etdik və “Torna  və frezer dəzgahlarının operatoru” ixtisasına qəbul olunduq. Mexanika istiqaməti ümumiyyətlə çalışdığımız sahə olduğu üçün məhz seçimimizi bu ixtisas üzərində etdik. Mərkəzə gəlməkdə əsas məqsədimiz bilik və bacarıqlarımızı daha da təkmilləşdirmək idi. Çünki, mexanika sahəsi daim yenilənir, inkişaf edir, müasir texnikaya uyğunlaşır. Buna görə də buradan qazandığımız yenilikləri çalışdığımız sahədə tətbiq edib inkişaf etməyə çalışırıq. Hal-hazırda “Azərsun Holding”də “Omega 110 operatoru” vəzifəsində çalışırıq. Əminik ki, Mərkəzdən qazandıqlarımız karyeramızın inkişafında öz müsbət təsirini göstərəcək.

Təhsilini peşə ixtisasları üzrə davam etdirmək istəyən şəxslərə tövsiyəniz nə olardı?

Nicat: Ətrafımda bu sahədə təhsilini davam etdirmək istəyən şəxslərə Mərkəzdə təhsil aldığım müddətdə qazandıqlarım barədə, həmçinin buradakı təhsilin onlara nə qazandıra biləcəkləri haqda daim məlumat verirəm. Məsləhətim odur ki, həqiqətən onlar üçün maraqlı olan ixtisasa yönəlsinlər və bu istiqamət üzrə maksimum inkişafa meylli olsunlar. Zaman keçdikcə texnologiya inkişaf edir, ixtisaslar yeni məlumatlarla zənginləşir. Bu səbəbdən özlərini daim inkişaf etdirməyə çalışsınlar.

Fuad: Mərkəzin təhsilalanlar üçün yaratdığı fürsətlərdən bacardıqları qədər yaralansınlar. Mən də öz ətrafımda peşə təhsili almaq istəyən şəxslərə Mərkəzi tövsiyə edirəm. Öyrənməyə səy göstərsələr, əldə edə biləcəkləri müsbət nəticələr üçün yaradılmış imkanlar göz qabağındadır. Həm karyeranızda uğurlu irəliləyiş olacaq, həm də pozitiv kollektivin nümayəndəsi olacaqsınız.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

Rusiya Federasiyasının nümayəndə heyəti Peşə Təhsil Mərkəzində

2019-11-14 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00