Məzun - Firavan Şükürovun uğur hekayəsi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2020-ci il məzunlarının uğur hekayələrini bölüşməkdə davam edir. Bu hekayənin ərsəyə gəlməsində həyata keçirdiyimiz müsahibənin həmsöhbəti “Elektronika ustası” ixtisasının məzunu Firavan Şükürovdur.
Hansı amillər sizdə peşə təhsilinə yiyələnmək kimi fikrin formalaşmasına təsir etdi? Təhsil aldığınız peşə ixtisası üzrə Mərkəz sizin karyera inkişafınızda nə dərəcədə rol oynadı?
Peşəyönümü üzrə
təhsil səviyyəsinə yiyələnməkdə başlıca təsiredici amil elektronika sahəsinə
olan marağım və eləcə də həmən sahə üzrə minimal da olsa təcrübəm olmuşdur. Mərkəzə
gəlmədən öncə buradakı dərslərin Koreya modelinə əsaslanan təhsil proqramına
uyğun keçiriləcəyi barədə aldığım məlumat diqqətimi çəkən məqamlardan biri idi.
Mərkəzə qəbul olduqdan və sözügedən sahə üzrə tədrisə başladıqdan sonra həm təhsil
alacağım təhsil ocağı və həm də yiyələnəcəyim ixtisas seçimində yanılmadığıma əmin
oldum. Tədris olunan dərslərin praktikada tətbiqinin mümkünlüyü, bu peşəyə yiyələnmək
üçün ayrılmış tədris prosesini daha da maraqlı edirdi. Praktiki məşğələlərin
peşə təhsilində olan əhəmiyyəti zənnimcə çox böyükdür. Bundan əlavə, Mərkəzdə təhsil
almaq müəssisələrin və şirkətlərin işçi tələbatını və xüsusiyyətlərini öyrənməyimə
yardımçı oldu.
Mərkəzin məzunu olduqdan sonra
karyeranızda nə kimi dəyişiklik baş verdi? Gələcək təhsilalanlara burada təhsil
almağı tövsiyə edərdinizmi?
Təhsilimi başa
vurduqdan bir müddət sonra Sumqayıt Texnologiyalar Data Mərkəzində (STDM) işə qəbul oldum. Hal-hazırda tutduğum vəzifəm
ixtisasım üzrədir. Çalışdığım müəssisədə elektronika ustası kimi fəaliyyət göstərirəm.
Həmçinin, öz inkişafımı davam etdirirəm. Qeyd edim ki, məzun olduğum Mərkəzdə karyera
inkişafının təməlini qoymaq üçün kifayət qədər resurs var. Bu resurslardan düzgün
istiqamətdə yararlanmağı təhsilalanlara məsləhət görürəm.