Azərbaycanda Amerika Ticarət Palatasının vebinarında Sənaye və İnnovasiyalar üzrə BDPTM təqdimatı keçirildi
10
Sentyabr 2020-ci il tarixində AmCham üzv şirkətləri, AmCham İdarə Heyətinin üzvləri, İnsan
Resursları və Əmək Komitəsinin sədr müavini, Peşə Təhsili üzrə Dövlət
Agentliyinin direktor müavini, Peşə Təhsili
üzrə Dövlət Agentliyinin Peşəyönümü
və İşəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri və Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) direktorunun iştirakı ilə vebinar təşkil
olundu.
İnsan
Resursları və Əmək Komitəsinin sədr müavini Ellada Alışova açılış nitqində özəl
sektorun peşə təhsili ilə inteqrasiyasının perspektivini, həmçinin, qlobal sənaye
bazarı üçün rəqabətədavamlı kadrlar hazırlamağın vacibliyini vurğuladı.
Daha
sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov peşə
təhsilinin iqtisadiyyatdakı rolundan danışdı. O, xüsusilə Sənaye və
İnnovasiyalar üzrə BDPTM-in bu sahədə flaqman olduğunu qeyd etdi. Çıxışının sonunda Ceyhun bəy bütün AmCham üzv
şirkətlərini Sənaye və İnnovasiyalar üzrə BDPTM ilə əməkdaşlığa dəvət etdi.
Ardınca söz Sənaye və İnnovasiyalar üzrə BDPTM-in direktoruna verildi. Rəşad Xanlarov Mərkəzin profili, potensialı, əməkdaşlıq imkanları və ixtisaslı kadrların hazırlanması barədə təqdimat keçirdi. Belə ki, Mərkəzin dövlət-özəl tərəfdaşlıq modeli əsasında qurduğu əməkdaşlıqları, 30-dan çox imzalanmış anlaşma memorandumlarını, mərkəzin nəzdində beynəlxalq akademiyaların yaradılması barədə öz təqdimatını nümayiş etdirdi. Əlavə olaraq təcrübə proqramları, şirkət nümayəndələrinin iştirakı ilə təşkil olunan vebinarlar, peşə təhsilinin inkişafı üçün yaradılan qısamüddətli kurslar haqqında məlumat verdi. Sənaye və İnnovasiyalar üzrə BDPTM, şirkətləri təhsil prosesinə inteqrasiya və strateji yol xəritəsinin hədəflərinə uyğun olaraq dövlət-özəl tərəfdaşlıq modelini birgə qurmağa dəvət etdi.