Məzun - Asim Dadaşzadənin uğur hekayəsi
Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020 akademik ili
üzrə məzun olan təhsilalanların uğur hekayələrini işıqlandırmağa davam edir. Bu
siyahıda uğur qazanmış daha bir məzunumuz Asim Dadaşzadədir. Asim Mərkəzin
“İnşaat ustası” ixtisasını bitirmişdir.
Mərkəz haqqında ümumi təəssüratınızı bizimlə bölüşə
bilərsiniz mi?
Mərkəzdə təhsil aldığım müddətdə qazandığım bilik və
bacarıqların karyera inkişafımda bir sıra üstünlükləri oldu. Peşəkar metodist-təlimçi
heyəti sayəsində ixtisasıma olan maraq və
həvəsim daha da artdı. Öyrəndiyimiz modulların texniki avadanlıqlar üzərində tətbiqetmə
imkanı təlim proseslərini maraqla öyrənməyimdə mühim rol oynayırdi. Mərkəzi
seçməkdə başlıca səbəblərdən biri dərslərin Koreya modelinə əsaslanan proqram əsasında
qurulması və əksər dərs hissəsinin praktiki məşğələlərə uyğunluğudur.
Hal-hazırda “Klassik” mebel evində mebel ustası kimi
fəaliyyət göstərirəm. Düşünürəm ki, burada aldığım təhsil gələcək karyeramda mənə
həmişə yardımçı olacaq.
Peşə məktəbi seçimində tərəddüd edən şəxslərə
tövsiyəniz nə olardı? Bu Mərkəzdə təhsil almaq onlara nə qazandıra bilər?
Cari tədris ilinin təhsilalanlarına və ya gələcəkdə
peşə təhsili almaq istəyən hər bir şəxsə bu Mərkəzi tövsiyə edərdim. Qeyd edim
ki, Mərkəzdə fəaliyyət göstərən iki emalatxananın tədris prosesinin lazımi
qaydada aparılması üçün standartlara uyğun tam maddi-texniki baza ilə təchiz
olunması, tədris prosesini və praktik bacarıqların mənimsənilməsini
asanlaşdırır.
Bugün peşəkar usta kimi fəaliyyət göstərməyimdə Mərkəzin rolu əvəzolunmazdır. Düşünürəm ki, peşə təhsili almaq istəyən şəxslər öz istəkləri və maraq dairələrinə uyğun ixtisas seçsələr, karyeralarında düzgün addımlaya bilərlər. Belə ki, Mərkəzin qurduğu əməkdaşlıqlar sayəsində təhsilalanların istehsalat təcrübəsinə cəlb olunması və işlə təmin olunmasında çox böyük imkanlar vardır.