Xəbərlər

Cisco tərəfindən metodist-təlimçilər üçün inkişaf təlimlərinin qiymətləndirilməsi

14-09-2020 TƏLİM VƏ TƏDRİS

10 sentyabr 2020 tarixində “Cisco” şirkəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində görülən işlərlə əlaqəli tədbir keçirildi. Tədbirdə “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Mərkəzin direktoru Rəşad Xanlarov və Mərkəzin mühəndis-pedoqoji heyəti iştirak etmişdir.

Tədbir zamanı Cisco şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak etmiş metodist-təlimçi heyətinə sertifikatlar təqdim olundu. “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilmiş təlimlərdə Mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirmiş, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanmışdırlar.

“Cisco” şirkətinin Ərazi biznes meneceri Fərid Zeynalov görüşün açılış nitqini etdi. O, “Cisco” şirkəti və Mərkəz arasında qurulan əməkdaşlığın uğurlu nəticələri haqqında bəhs etdi. Daha sonra Mərkəzin direktoru Rəşad Xanlarov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlar haqqında öz çıxışında qeyd etdi.

Təltifetmə mərasimi zamanı “Cisco” şirkətinin nümayəndələri tərəfindən sertifikatlar metodist-təlimçi heyətinə təqdim olundu.

Tədbir zamanı Fərid Zeynalov və Rəşad Xanlarov əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı gələcək hədəflərini bölüşdülər. “Cisco Şəbəkə Akademiyasının” yeni məhsullarının təlimi, kurrikulum inteqrasiyası, şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları, proqramlaşdırma, şəbəkə texnologiyaları, inkişaf proqramı (DevNet), əşyaların interneti (IoT) və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi qarşıda duran hədəflərdəndir.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00