Məzun - Amil Hüseynovun uğur hekayəsi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinə 2020-2021-ci tədris ilinə qəbul mərhələsinin 2-ci turu davam etməkdədir.
Bununla əlaqədar məzunlarımızla olan uğur hekayələrimizə davam edirik. Növbəti
müsahibimiz “Avtomatika üzrə usta” ixtisasının uğurlu məzunlarından biri Amil
Hüseynovdur. O, peşə təhsilinə olan xüsusi marağı haqqında və avtomatika
istiqamətində əldə etdiyi iş imkanları barədə məlumat verdi.
Necə oldu ki peşə təhsili almaq qərarına gəldiniz?
Bu mərkəzdə təhsil almağın sizə nə kimi faydaları oldu?
Peşə təhsili almaq öz seçimim idi, çünki, bu mərkəz
gəlməzdən öncə də bu sahəyə marağım var idi və özümü inkişaf etdirmək istəyirdim.
Bu haqda araşdırıb mərkəzlə tanış oldum. Və qəbul prosesindən uğurla keçdikdən
sonra “Avtomatika üzrə usta” ixtisasına qəbul olundum. Hal-hazırda Bravo
Supermarketlər Şəbəkəsində texniki heyətin nümayəndəsi kimi çalışıram. Həqiqətən də oxuduğum müddətdə
şahid oldum ki, mərkəzdə tədris proqramının 60-70%-i praktiki məşğələlərə əsaslanır.
Bu isə nəzəri bilikləri praktikada möhkəmləndirməyə şərait yaradır və əldə
olunan bilik və bacarıqları daha asanlıqla qavramaq olur. Mənim mərkəzdən
qazandıqlarım bu gün işimi uğurla yerinə yetirməkdə mənə dəstək olur.
Avtomatika sahəsində isə bir sıra yeniliklərlə tanış oldum. Ən maraqlı və
yaddaqalan hissəsi isə elektronika və hidravlikada PLC vasitəsilə idarəetməni
öyrənməyim oldu.
Növbəti tədris ilində mərkəzdə təhsil almaq istəyən şəxslərə tövsiyyəniz nə
olardı?
Seçilən ixtisasdan asılı olmayaraq əgər peşə təhsili almaq istəyirsinizsə, deməli, siz bilik və bacarıqlarınızı əsasən təcrübi proseslərlə yanaşı inkişaf etdirməyə önəm verməlisiniz. Bunun üçün isə bu mərkəzdə kifayət qədər inkişaf imkanınız olacaq. Çünki burada aldığınız nəzəri məlumatı dərhal tətbiqetmə imkanınız da olur. Bunun üçün sizin bələdçiniz peşəkar pedoqoji heyət və mərkəzdə yaradılan şərait olacaq. Burada öyrəndiklərimin nəticəsi olaraq indi daha məlumatlı və təcrübəliyəm, hal-hazırki işimdə də bunun müsbət təsirini hiss edirəm.