Mərkəzin təhsilalanları İmprotex Motors mütəxəssislərinin dəstəyi ilə peşə bacarıqlarını artıracaqlar
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzi özəl sektorla qurduğu əməkdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.
2 sentyabr tarixində Mərkəzlə “İmprotex Motors” arasında anlaşma memorandumu
imzalandı.
BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və
Yamaha Motors kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısı
olan “İmprotex Motors” görülən bütün işlərin yüksək standartlara cavab verməsi
üçün mütəmadi olaraq işçilərin ixtisasartırılmasına sərmayə yatırır. Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şirkətlə olan əməkdaşlığının
əsas məqsədi təhsilalanların ixtisaslı kadrlara çevirilməsinə dəstək verməkdir.
Yeni tədris ilindən etibarən mütəmadimasterklass təlimlərin təşkil olunması, həmçinin
təhsilalanların istehsalat təcrübəsinə cəlb edilməsi əməkdaşlığıın tərkib hissəsidir.
Memorandum çərçivəsində tərəflər eyni zamanda, məlumat
mübadiləsi və məsləhətləşmələrin aparılması məqsədilə qarşılıqlı maraq kəsb edən
mövzularda konfranslar, seminar və ya digər birgə təlim proqramları üzərində
işləyəcəklər. Özəl sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzində yaradılmış bu şərait avtomobil ixtisası üzrə təhsilalanların
sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək
vermiş olur.