Absheron Avtomobil Mərkəzi (Mercedes-Benz) ilə əməkdaşlığın uğurlu nəticəsi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzi 2020-2021-ci tədris ili üçün hazırlıq işlərini davam edir. Yeni tədris
ilinin başlaması ilə əlaqədar təhsilalanların praktiki biliklərini möhkəmləndirmək
məqsədilə mərkəz yeni praktik məşğələlərin, qısamüddətli kursların yaradılması
fəaliyyətini davam etdirməkdədir.
Avtomobil ixtisası üzrə təhsilalanlar üçün növbəti
akademik il ərzində praktik məşğələlər zamanı Mercedes-Benz istehsalı olan mühərriklərdən
istifadə olunacaqdır. Belə ki, Absheron Avtomobil Mərkəzi (Mercedes-Benz) qurulmuş
tərəfdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-nə Mercedes-Benz
markalı yük maşınlarının mühərriklərini ianə etmişdir.
Mərkəzdə yaradılan şərait nəticəsində cari ilin qəbul
prosesində avtomobil istiqaməti üzrə təhsil almaq istəyənlərin sayında kəskin
artım baş verib. Əlavə olaraq, avtomobil istiqaməti üzrə 2020-2021-ci tədris
ilindən başlayaraq yüksək texniki peşə (subbakalavr) dərəcəsi üzrə qəbul elan
olunmuşdur.
Mərkəzin ötən 2019-2020-ci tədris ilinin 10 məzunu
Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) təcrübə proqramında iştirak
etmişdir. Təcrübə proqramı çərçivəsində tələbələr mühərrik, rəngləmə, şassi, dəmirçi
və elektrik istiqamətləri üzrə şirkətdə yerləşdirilərək praktiki bilik və
bacarıqlar əldə etmişdirlər.
Abşeron Avtomobil Mərkəzi (Mercedes-Benz) ilə
2020-2021-ci tədris ili üzrə əməkdaşlığın davam etdirilməsi və avtomobil sahəsi
üzrə ortaq qısamüddətli kursların hazırlanmasıda nəzərdə tutulur.