Xəbərlər

Məzun - Şəmsi Axundzadənin uğur hekəyəsi

26-08-2020 TƏLİM VƏ TƏDRİS

      Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən tələbələr üçün öncəki tədris ilinin məzunları təcrübələrini və tövsiyyələrini bölüşdülər. Ümid edirik ki, bu müzakirə zamanı alınan məlumatlar yeni təhsilalanlarımıza, eləcə də mərkəzimiz haqqında ətraflı məlumat əldə etmək istəyən insanlara öz istiqamətlərini düzgün seçmələrində kömək edəcək. Müsahiblərimizin siyahısından ilk olaraq suallarımızı Şəmsi Axundzadəyə yönləndirdik.

     Şəmsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasının məzunu olduqdan sonra STP-Sumqayıt Texnologiyalar Parkında qaynaqçı vəzifəsində çalışır. Müsahibə zamanı Şəmsi qeyd etdiki, bizim mərkəzdə təhsil almasına səbəb işin çətinliyinə baxmayaraq onun qaynaqçı peşəsinə olan marağıdır.

      “Necə oldu ki, mərkəzdə təhsil almaq qərarına gəldiniz, bu seçimi edərkən gözləntiləriniz nədən ibarət idi və bu mərkəzin tələbəsi olmaq sizə nələr qazandırdı?”

    “Qaynaqçı vəzifəsinə olan marağım və bu sahədə özümü inkişaf  etdirmə istəyim məni bu mərkəzə gətirdi. Mərkəzdə praktiki tədrisə əsaslanan təhsil sistemi ilə tanış olacağıma inanırdım və  həqiqətən də belə oldu. Təchizatı yüksək səviyyədə olan laboratoriyaların olması və bizim bundan yararlana bilməyimiz çox sevindirici hal idi. Mərkəz mənə həm bilik və bacarıq, həm də bununla yanaşı dünyagörüşü qazandırdı. Qazanılan təcrübə və bilik hazırda işlədiyim müəssisədə mənim digər təcrübəçilərdən hərtərəfli fərqlənməyimdə təsirini göstərir. Buna səbəb isə mənim yalnız qaynaqçı peşəsinə yiyələnməm deyil, eləcə də mühəndislik üzrə bilik və bacarıq qazanmamdır (güman edirəm gələcəkdə hətta mühəndis də ola bilərəm). Burada yarımavtomat qaynağı, metal elektrod qövs qaynağı, volfram elektrod qaynağı və sairə kimi qaynaq növlərini öyrəndim. Peşə təhsil mərkəzi mənə SƏTƏM üzrə kifayət qədər bilik və bacarıq əldə etməyimdə böyük rol oynadı. Mərkəz mənə AutoCAD proqramında sərbəst şəkildə işləmək üçün lazımi biliklıri verdi.”

      “Mərkəzimizdə təhsil aldıqdan sonra əldə etdiyiniz nəticə barəsində fikirlərinizi bizimlə bölüşmək istərdinizmi?” 

     “Əlbəttə. Mən fəxr edirəm ki bu mərkəzin məzunu olmuşam və bu gün fərqləndiyimi hiss edirəm. Belə gözəl tədris mərkəzinin açılması gənc nəsil üçün peşə seçimi etməyə, peşəyə dərindən yiyələnməyə və düzgün istiqamətlənməyə dəstək verir. Hal-hazırda və təhsil aldığım müddətdə də məqsədim öz sahəmi, eləcə də digər əlaqəli sahələri daim öyrənmək və inkişaf etdirmək olub. Burada Koreya modeli əsasında hazırlanan təhsil proqramına uyğun dərslər tədris olunur, keçdiyimiz dərslərin 60-70%-i praktiki məşğələlərə əsaslanır və hal-hazırki işimdə bu mənə çox kömək edir. İş prosesində təcrübə zamanı gördüyüm işlər mənə artıq tanışdır, beləcə daha cəld və sərbəst işləyə bilirəm, bu da məni digər təcrübəçilərdən fərqləndirir.”

    

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00