Peşə məktəbləri üçün Peşəkar İnkişaf Vebinarı
21-05-2020
TƏLİM VƏ TƏDRİS
13-15 may 2020-ci il tarixlərində eTwinning
Avropa Mərkəzi Teams platforması üzərindən peşə məktəbləri üçün Peşəkar İnkişaf
Vebinarını təşkil etmişdir. Pandemiya səbəbindən onlayn platformaya keçirilən
görüşdə Azərbaycanı layihə səfiri Ofeliya Qafarova və Sənayə və İnnovasiyalar
üzrə Bakı Dövlət Peşə Mərkəzinin müəllimi Rəşad Çopsiyev təmsil etmişdir. Tədbirə
32 ölkədən 183 iştirakçı qoşulmuş, 15 qrupda təlimlər təşkil olunmuşdur.
İştirakçılar beynəlxalq sertifikatla təltif edilmişdir.