Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb
Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi tədris prosesinin dayandırıldığı müddət ərzində
Təhsil Nazirliyinin təhsilalanlara təhsil proqramlarının təmin edilməsi
məqsədilə təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris
prosesinin məsafədən təşkilini təmin edib.
Qeyd edək ki, “Microsoft Teams”
platforması vasitəsilə təhsil müəssisələri üçün videobağlantı qurmaqla tədris,
müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və
digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların
yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılıb.
Bununla yanaşı, Mərkəz
Azərbaycan ərazisində koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi
təhlükənin qarşısının alınması məqsədilə tədrisdə yaranmış müvəqqəti fasilə ilə
əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq
videodərslərin hazırlanmasını davam etdirir. Mərkəz tərəfindən hazırlanmış
videodərslər Mərkəzin “Youtube” kanalında (https://www.youtube.com/channel/UCQ7S5s9qCKp0vW1WdVu_ing),
Facebook səhifəsi (https://www.facebook.com/bakustateindustryinnovation)
və Təhsil Nazirliyinin videoresurslar portalında (https://video.edu.az/vocational-school)
yerləşdirilir.
Qeyd edək ki, videodərslər
Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq
tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə
mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və
təlimatları əks etdirir. Videodərslərdən peşə təhsil müəssisələrində təhsil
alan tələbələr, texniki sahənin müəyyən istiqamətlərində bacarıq və
vərdişlərini artıqmaq istəyən şəxslər, müəllimlər metodik material kimi
istifadə edə bilərlər.