Mərkəzinin direktoru “İnnovasiya Akselerasiya iX” Proqramında təlimçi qismində çıxış edib
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin direktoru Rəşad Xanlarov Stenford Universitetinin Peşəkar İnkişaf Mərkəzi
və Qlobal İnnovasiyalar Katalizatoru təşkilatının birgə təşkil etdiyi
“İnnovasiya Akselerasiya iX” Proqramında təlimçi qismində çıxış edib.
“İnnovasiya
Akselerasiya iX” Proqramı 22 yanvar 2020-ci il tarixində etibarən Azərbaycanda
fəaliyyətə başlamışdır. 10 həftəlik
onlayn və üzbəüz sessiyalardan ibarət proqram innovativ ideyaların biznesə
çevrilməsi və yüksək texnoloji sahibkarlığın inkişaf etdirilməsi üçün nəzərdə
tutulub. Sessiyalar beynəlxalq korporasiyalar və universitetlərin mütəxəssiləri
tərəfindən həyata keçirilir. Stenford Universitetinin Peşəkar İnkişaf Mərkəzinin
təlimçiləri və unversitet professorları iştirakçılara mentorluq dəstəyi göstərirlər.
Proqramın 7-ci həftəsində
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad
Xanlarov layihələrin idarəolunması və planlaşdırılması təlimini keçmişdir. Təqdimat zamanı böyük korporasiyalar, xüsusi ilə
neft-qaz sənayesində istifadə olunan layihələrin idarəolunması prinsiplərinin
startap layihələrində tətbiqi əyani olaraq təqdim olundu. İnteraktiv məşğələ
vasitəsi ilə presedent şəbəkəsinin tətbiqi nümayiş olundu.