Azərbaycan Texniki Universitetinin əcnəbi tələbələri Mərkəzində təcrübədən keçirlər
Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi
tələbələr Koreya peşə təhsili standartları əsasında qurulan Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təcrübəsinə
başlayıblar.
Təcrübənin ilk günü AzTU-nun nümayəndə heyəti Mərkəzlə
yaxından tanış olub. Mərkəzdə veb-dizayner, avtomobil üzrə elektrik,
avtomobillərin təmiri çilingəri, avtomotonəqliyyat vasitələrinin texniki
vəziyyətinin yoxlayıcısı, kompüterlərin təmiri və xidməti üzrə texniklər
hazırlanır. Tədris prosesi Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər
tərəfindən təşkil olunub.
Mərkəzin müəllimi, AzTU-nun məzunu Tural Göyüşov və digər
təlimçilər texniki avadanlıqların iş prinsipi və əmək fəaliyyətinin
təhlükəsizliyi haqqında nümayəndə heyətinə ətraflı məlumat veriblər.
Mərkəzin direktor müavini Orxan Rəhimov bildirib ki, hazırda
tədris olunan ixtisaslar üzrə ali təhsilli, ingilis dili bilən kadrların
Mərkəzdə işlə təmin olunması üçün vakansiya var.