Yeni Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir
Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan
Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri ilə görüş keçirilib.
Əməkdaşlığın qurulması
məqsədilə keçirilən görüşdə Mərkəzin pedoqoji-mühəndis heyəti və tələbələri də
iştirak edib.
Görüş zamanı Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov
mərkəz haqqında ətraflı məlumat verib, strateji inkişaf hədəflərindən danışıb.
Rəşad Xanlarovun sözlərinə görə, mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq
sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün
təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.
Görüş iştirakçıları mərkəzin
cari standartlara tam cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı
kadrları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Nümayəndə heyətinin
üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub,
burada çalışan mütəxəssislər ilə gələcək perspektivlərə dair fikir mübadiləsi
aparıb, emalatxanalarda və tədris-mühazirə otaqlarında dərs prosesini
izləyiblər.
Bildirilib ki, “Otokoç
Azərbaycan” MMC ilə birgə fəaliyyət peşəkarlıq səviyyəsinin artırılması ilə
bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı və gələcək kadr
ehtiyaclarının ödənilməsi istiqamətində müsbət nəticələr verəcək.