Peşəyönümü istiqamətində təbliğat və maarifləndirmə işləri
Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat işlərinin
aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və
pedaqoji-mühəndis heyətindən ibarət təbliğat qrupları yaradılıb. Təbliğat işinə
məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər
keçirilir. Peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar
həyata keçirilir, bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır.
Bu məqsədlə Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı
ilə Bakı şəhəri 183 və 284 nömrəli tam orta məktəblərdə peşəyönümü
istiqamətində maarifləndirmə tədbirləri keçirilib. Tədbirdə məktəbin rəhbər və
müəllim heyəti, valideynlər və IX-XI sinif şagirdləri iştirak edib.
Tədbirdə peşə təhsilinin
vacibliyi, yeni istifadəyə verilmiş mərkəzin imkanları, işəgötürənlərlə
əməkdaşlığın perspektivlərindən söz açılıb. Həmçinin mərkəzdə tədris olunan 8
texniki ixtisas haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran
suallar cavablandırılıb.
Sonda şagirdlərə sorğu
vərəqələri paylanılıb və gələcəkdə üstünlük verəcəyi peşə ixtisasları barədə
qeydlər aparılıb.