Bütün tələbələrini işlə təmin edən mərkəzin direktoru –“Magistratura məzunları da bizə müraciət edirlər”- Müsahibə
AzEdu.az Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov ilə müsahibəni təqdim edir:
-Rəşad müəllim, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzi və CİSCO şirkəti arasında əməkdaşlıq memorandumu bağlanıb.
Bu əməkdaşlığın təhsil mərkəzi üçün nə
kimi faydaları olacaq?
-Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzi və CİSCO şirkəti
arasında 24 yanvar tarixində anlaşma memorandumu imzalandı. Bu memorandum çərçivəsində ikitərəfli əməkdaşlıq nəzərdə tutulub. CİSCO
beynəlxalq şirkətdir. O, şəbəkə sistemi
və avadanlıqlar üzrə dünyada məşhur
brenddir. Buna görə də mərkəzimizin
daxilində texniki ixtisaslar üzrə müəyyən məzmunu tədris prosesinə gətirməyə ,
inteqrasiya etməyə çalışırıq.
Mərkəzdə 8 texniki ixtisas tədris olunur. Bundan əlavə, informasiya
kommunikasiya texnologiyaları ixtisası üzrə
şəbəkə məzmunu üzərində işləyirik.
Şəbəkənin əsasları mövzusunu
2020-2021-ci ildən İKT
ixtisasına inteqrasiya olunacaq və model olaraq mərkəzimizdə tədrisi gözlənilir.
Digər bir istiqamət mərkəzin daxilində
CİSCO Akademiyasının qurulmasıdır. CİSCO
Akademiyanın texniki imkanlarını nəzərə alaraq müəyyən kurslar həyata keçiriləcək.
Bu həm təhsil alanlar, həm də digər şəxslər üçün böyük imkan yaradır. Bu kursların məzmunu hazırda
yekun mərhələdədir. Buradakı istiqamətlər:
İKT-nin əsasları, şəbəkənin əsasları, CİSCO şəbəkəsi üzrə ekspert səviyyəsində
mütəxəssislərin hazırlanmasıdır. Növbəti
təhsil ilindən başlayaraq, mərkəzimizdə kiber təhlükəsizlik ixtisasının tədrisi nəzərdə tutulur. Bu gün bazarda bu
ixtisasa olduqca çox tələbat var. Məlumatlar bazasında təhlükəsizliyi təmin etmək
və müdaxilənin qarşısını almaq lazımdır.
Biz bu istiqamət üzrə ayrıca məzmun və
kurs hazırlayırıq. Bu kursu yaratdıqdan sonra
onu yeni bir ixtisas kimi tədris planına əlavə etməyi düşünürük. Kibertəhlükəsizlik
kursu növbəti tədris ilindən mərkəzimizdə fənn olaraq keçiriləcək. İstənilən şəxs
müraciət edərərək bu kurslarda iştirak edə biləcək. Bu əvvəl kurs formatında
sonra isə ixtisas olaraq təklif ediləcək”.
-Mərkəzin daxilində Kareya Peşə Təhsil Mərkəzi fəaliyyət
göstərir. Bir semestrdir ki, artıq burada dərslərə start verilib. Bu yaradılan
mərkəz öz effektivliyini nə dərəcədə verib?
-Sənaye və İnnovasiyalar üzrə Bakı Şəhər Dövlət Peşə Təhsil
Mərkəzi Koareya peşə təhsil modelini tətbiq
edir. Biz bu peşə təhsil modeli üzrə
kurikulum, tədris vəsaitləri, tədris
proqramları hazırlamışıq. 2019-cu ilin sentyabr ayından başlayaraq bu model tətbiq
olunur. Bu tədris proqramının ilk yarımilinin nəticələrini müəyyən etmişik.
Bizim müəssisəmiz publik hüquqi şəxs statusunu alıb və burada dövlət-özəl tərəfdaşlıq
modeli qurulub. Bu modelin özəlliyi ondan ibarətdir ki, biznes və özəl şirkətləri mərkəzimizə cəlb
etməli və onları tədris prosesinə inteqrasiya etməliyik. Hər bir
kurikulum üzrə şirkətlərdən rəylər
alırıq. Mütəmadi olaraq bazarda olan şirkətlərin istəkləri dəyişir və
güclü rəqabət gedir. Mərkəzimizdə tədris
etdiymiz bilik və bacarıqları müəyyən etmək üçün özəl şirkətlərlə əməkdaşlıq edirik. Dövlət və
özəl tərəfdaşlıq çərçivəsində trendləri
tədris prosesinə inteqrasiya edirik. Yeni modelləri seçərək tədris prosesinə cəlb
edir və master klaslar təşkil edirik. Tələbələrimiz
ikinci yarımildən başlayaraq şirkətlərə
təcrübəyə gedirlər. Müəyyənləşdirilmiş
25-dən çox şirkətlə memorandumlar imzalanıb və bu şirkətlərin sayı gündən-günə artır. Burada
təcrübə keçən tələbələr haqqında
rəylər öyrənirik. Şirkətlərin bizə verdiyi rəylər əsasında tədris
etdiyimiz koreya modelinin uğurluluq dərəcəsini
müəyyən edirik. Tələbələrimiz Tayota və tanınmış alman və yapon istehsalı olan
avtomobil şirkətlərinin servislərində təcrübə
keçirlər. Onların göstərdiyi nəticə əsasında
müəyyənləşdirik ki, avtomobil
ixtisasında olan tələbələr bu sahədə çalışa bilirlər, ya yox. Bu şirkətlər
onların bilik və bacarıqlarını müəyyənləşdirir və səviyyələrini qiymətləndirirlər.
Onlar təhsilalanların hansı istiqamət üzrə işləyə biləcəklərini müəyyənləşdirirlər. Mersedez Benz avtomobillərinin
Azərbaycanda əsas servis mərkəzində olmuşuq. Müəyyənləşdiririk ki, tələbələr
hansı kriteriyalar əsasında praktiki məşğələlərdə
iştirak edəcəklər. Bu praktiki məşğələlərin nəticələrini biz mütəmadi olaraq
izləyəcəyik. Beynəlxalq şirkətlərin böyük tələbləri olur. Onların müəyyən standartları var. Bu standartlara cavab vermək üçün tələbələr hazırlayırıq ki, onlar real bazarda özlərinə yer tapa bilsinlər.
Təhsil alanlarımız tədris ili bitdikdən sonra
həmin müəssisələrdə qalıb orada işləmək imkanları qazanırlar. Hər bir
şirkətdən bu istiqamətdə razılıq əldə
etmişik. Onlar seçim prosesi
apararaq müəyyənləşdirirlər ki, təhsil
alanların arasında uğurlu namizədlər hansılardır.
-İş imkanlarından söz açdınız. Bəs Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi məzunlarının iş imkanları ilə
nə dərəcədə maraqlanır?
-Mərkəzimizin yaratdığı dövlət-özəl tərəfdaşlığı çərçivəsində tələbələrimizin bir çoxu işlə təmin
edilir. Bizim müəssisəni bitirən
insanlar bilirlər ki, müxtəlif yerlərdə təcrübə keçəcəklər. Onlar tələbələrimizi
gələcəkdə işçi kadr olaraq görmək istəyirlər. Elektrotexnika üzrə də əməkdaşlıq
memorandumumuz var. Sənaye quraşdırılma ixtisası üzrə də bir neçə neft-qaz şirkəti
ilə əlaqələr qurmuşuq. Mexanika ixtisası
üzrə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq edirik. Biz şirkətlərin
profilləri ilə yaxından tanış olur və müəyən edirik ki, onlara hansı ixtisaslar
daha çox uyğundur. Sumqayıt Texnologiyalar Parkı ilə 5 istiqamət üzrə əməkdaşlığımız
var.
-Bu gün cəmiyyətimizdə peşə təhsilinə münasibət o qədər də müsbət istiqamətdə deyil. Bunun
qarşısını almaq üçün hansı tədbirlərə əl
atılmalıdır?
-Peşə təhsili və onun imkanları daha geniş şəkildə təbliğ
olunmalıdır. Biz bu istiqamətdə orta məktəblərdən başlayaraq, təqdimatlar keçiririk. Missiyamız Peşə Təhsil
Mərkəzinin istiqamətlərini onlara çatdırmaqdır. Bunu sonralar daha aşağı siniflərə də tətbiq edəcəyik.
Müəyyən təbliğat işləri aparılmalıdır. Bu yaxınlarda mərkəzimizdə Açıq qapı
günləri keçiriləcək. Artıq bu istiqamətdə müəyyən işlər aparılıb. Məktəblərdə təbliğatlarımız
təşkil olunacaq. Daha sonra biz ali təhsil müəssisələri ilə bu əməkdaşlığı
aparmağa çalışacayıq. Çünki bizim peşə təhsil müəssisələrində universitet məzunu
olan şəxslər də var. Mərkəzimizdə hazırda 20-45 yaş aralığında olan insanlar təhsil
alırlar. Həyat boyunca peşə təhsilini öyrənmək olar. Orta məktəbi bitirən hər
bir şəxs bizə müraciət edə bilər. Bu istiqamətdə kurslar açmağı da düşünürük.
Çalışırıq ki, peşə təhsilini geniş şəkildə təbliğ edək. Cəmiyyətimiz peşə təhsilin
məqsədini dərk etməlidir. Mərkəzimizdə 18-dən çox peşə təhsil kursları fəaliyyət
göstərir. Avtomatika ixtisası üzrə artıq kurslarımıza start verilib. Bu qrupda
təhsil alanların hamısı işlə təmin olunan
şəxslərdir. Onlar imiclərini yüksəltmək, bacarıqlarını artırmaq üçün bizim mərkəzimizə müraciət ediblər. Onlar 3 ay müddətində məntiqi idarəetmə mövzusunda
təlimdən keçəcəklər. Təhsil alanların qruplarına nəzər yetirsək burada fərqli
yaş kateqoriyasını müşahidə etmək və ali
təhsilli şəxsləri də görmək mümkündür. Magirstraturanı bitirənlər belə
kurslarımıza müraciət edirlər. Tədris prosesimiz o formada qurulub ki, biz peşəni
ali təhsildən müqayisə etmirik. Peşə təhsili hamı üçün böyük şansdır. Bu imkandan hər kəs yararlanmalıdır".