Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları
10 fevral
2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Azərbaycanda Mercedes-Benz avtomobillərinin rəsmi dileri olan “Abşeron
Avtomobil Mərkəzi” və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)
arasında görüş keçirilib.
Görüş zamanı nümayəndə heyətinə “Abşeron Avtomobil Mərkəzi” nin maddi-texniki bazası, təcrübəli və
ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzin
təhsilalanları üçün təcrübə proqramı hazırlanıb, texniki şöbələr və mentorlar
müəyyən edilib.
Qarışılıqlı razılıq əsasında Mərkəzdə Avtomobil ixtisası üzrə təhsilalanlar peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramı və eləcə də ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi nəzərdə tutulur. Ayrıca yüksək nəticə göstərən təhsilalanlar üçün Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) iş imkanlarının yaradılmasına dair razılıq əldə olunub.
AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi (İR və PTT) İşçi Qrupunun sədri Mərkəzin maddi-texniki baza imkanları, müasir sənayenin ehtiyaclarına uyğun kadrların hazırlanmasına imkan verdiyini və AHK iki qurum arasında səmərəli əməkdaşlığa ümid etdiyini xüsusi vurğulayıb.