Xəbərlər

Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirildi

17-01-2020 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirildi. 17 yanvar 2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə mərkəzin təhsilalanları, inzibati və pedaqoji heyəti iştirak etdilər.

Tədbirdə Mərkəzin direktoru Rəşad Xanlarov çıxış edərək, 20 Yanvar faciəsinin, milli azadlıq arzusunun oyanış günü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, bu gün uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz müstəqilliyi uğrunda qəhrəmanlıq, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, bu gün həm hüzn, həm də xalqımızın mübarizlik, qəhrəmanlıq tarixidir.

Tədbirdə şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olaraq bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.

Günün ikinci yarısında Mərkəzin kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoydular.

Digər Xəbərlər

Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı

2019-09-13 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00