Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Pedaqoji Şuranın 2025–2026-cı tədris ili üzrə yekun iclası keçirilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Pedaqoji Şuranın 2025–2026-cı tədris ili üzrə yekun iclası keçirilib.
İclasda cari tədris ili ərzində Mərkəzin fəaliyyəti, tədris-təlim prosesinin
təşkili, yerli və beynəlxalq əməkdaşlıqlar, əldə olunan nəticələr, həmçinin ictimai-sosial
istiqamətdə həyata keçirilən fəaliyyətlər müzakirə olunub.
Mərkəzin direktoru Şaban Cəərçiyev tədris ilinin yekunlarına dair geniş
hesabatla çıxış edərək əldə olunan nailiyyətləri və növbəti tədris ili üçün
qarşıya qoyulan əsas hədəfləri iştirakçıların diqqətinə çatdırıb.
Həmçinin, yekun iclas çərçivəsində uzunillik səmərəli pedaqoji
fəaliyyətlərinə görə təqaüdə çıxan müəllimlər, Metodiki Komissiya sədrləri,
eləcə də Mərkəzin ictimai-sosial həyatında fəal iştirakına və tədbirlərin
uğurla təşkilinə verdikləri dəyərli töhfələrə görə bir sıra müəllimlər
təşəkkürnamələrlə təltif olunublar.
İclasın sonunda iştirakçıların Mərkəzin fəaliyyəti, tədris-təlim prosesinin
təkmilləşdirilməsi və gələcək inkişaf istiqamətlərinə dair rəy və təklifləri
dinlənilib, səsləndirilən fikirlərin növbəti fəaliyyət planlarında nəzərə
alınacağı bildirilib.