Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə təmsil olunub.
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə uğurla iştirak edib.
Sərgi çərçivəsində ziyarətçilərə mərkəzdə tədris olunan ixtisaslar, istehsalat təcrübəsi proqramları, korporativ əməkdaşlıqlar və beynəlxalq tərəfdaşlıqlar barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, peşə təhsilinin üstünlükləri, əmək bazarının tələblərinə uyğun formalaşdırılan bacarıqlar və məzunlar üçün mövcud karyera perspektivləri diqqətə çatdırılıb.
Mərkəzin stendində təhsilalanların hazırladığı məhsullar nümayiş etdirilib. Sərgi iştirakçıları tərəfindən maraqla qarşılanan stend peşə təhsilinin praktik yönümlü yanaşmasını və təhsilalanların peşə bacarıqlarını əyani şəkildə təqdim etmək imkanı yaradıb.
Sərgidə iştirak peşə təhsilinin təşviqi, gənclərin peşə və karyera imkanları barədə məlumatlandırılması, həmçinin təhsil müəssisəsi ilə iş dünyası arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.