Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Grand Motors Company arasında əməkdaşlıq memorandumu imzalanıb.
13-04-2026
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Grand Motors Company arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum çərçivəsində tələbələr avtomobil sənayesinin aktual istiqamətləri üzrə praktiki təlimlərdə iştirak edəcək, müasir texnologiyalarla tanış olmaq imkanı qazanacaq və peşəkar mühitdə təcrübə əldə edəcəklər.
Eyni zamanda, bu əməkdaşlıq gələcəkdə ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına töhfə verəcək.