Xəbərlər

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi “Beyin Mərkəzi” layihəsini uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub

23-02-2026 TƏLİM VƏ TƏDRİS
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələrinin kibertəhlükəsizlik üzrə təlim proqramını uğurla başa vurması münasibətilə sertifikat təqdimetmə mərasimi təşkil olunub.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departament rəhbəri Şahmar Hacıyəhyəyev və Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzinin direktoru Şaban Cəərçiyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanmasının ölkənin rəqəmsal təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd ediblər.

Çıxışlarda bildirilib ki, həyata keçirilən təlim proqramı iştirakçıların kibertəhlükəsizlik sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsinə, praktiki bacarıqlarının inkişaf etdirilməsinə və onların müasir əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir. Proqram çərçivəsində tələbələr informasiya təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, kibertəhdidlərin aşkarlanması və qarşısının alınması, eləcə də risklərin idarə olunması istiqamətlərində bilik və praktiki bacarıqlar əldə ediblər.

Tədbirin əsas hissəsində təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Sertifikatlar iştirakçıların əldə etdikləri bilik və bacarıqların təsdiqi olmaqla yanaşı, onların gələcək peşəkar fəaliyyətində mühüm mərhələ kimi qiymətləndirilir.

Tədbirin sonunda tərəflər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00

Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq

2020-01-13 00:00:00