“Daxili Yanma Mühərriki və Hibrid Elektrikli Avtomobil Sistemləri” Bootcamp-ı başa çatdı!
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “Daxili Yanma Mühərriki və Hibrid Elektrikli Avtomobil Sistemləri” Bootcamp-ı uğurla yekunlaşıb.
Beş gün davam edən təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Türkiyənin Otomotiv Endüstrisi İhracatçılar Birliği Mesleki və Teknik Anadolu Liseyi arasında imzalanmış qardaş məktəb protokolu çərçivəsində həyata keçirilib.
Proqramda müxtəlif peşə təhsil mərkəzlərini təmsil edən avtomobil ixtisası üzrə fənn müəllimləri və istehsalat təlim ustaları iştirak ediblər. Təlim müddətində iştirakçılar daxili yanma mühərrikləri və hibrid avtomobil sistemləri üzrə nəzəri və praktiki biliklər əldə edib, real avtomobillər üzərində təcrübələr aparıblar.
Tədris Fatih Köz və Okan Kırbaç tərəfindən aparılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bu təşəbbüs, peşə təhsili sahəsində avtomobil istiqamətində çalışan mütəxəssislərin texnoloji yeniliklərə uyğun peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.
