Xəbərlər

Avtomobil sahəsi üzrə Bootcamp proqramına start verilib

08-10-2025 TƏLİM VƏ TƏDRİS

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı peşə təhsili sahəsində bilik və bacarıqların artırılmasını hədəfləyən avtomobil ixtisası üzrə növbəti Bootcamp proqramı rəsmi olaraq fəaliyyətə başlayıb. Təlimdə müxtəlif peşə təhsil müəssisələrinin avtomobil ixtisasları üzrə müəllimləri sahənin ən son yenilikləri və tətbiqi bilikləri ilə tanış edir. 

Proqramda Türkiyədən dəvət olunmuş təcrübəli mütəxəssislər – Fatih KözOkan Kırbaç, Otomotiv Endüstrisi İhracatçılar Birliyi Mesleki və Teknik Anadolu Liseyinin nümayəndələri kimi iştirak edirlər. Onlar avtomobil təmiri sahəsində həm nəzəri, həm də praktiki biliklərini iştirakçılarla bölüşürlər.

Beş gün davam edəcək təlim (06.10.2025–10.10.2025) müddətində mühərrik sistemlərinin diaqnostikası, mexaniki və elektron nasazlıqların aradan qaldırılması, eləcə də avtomobil texnologiyalarında müasir tendensiyalar kimi mövzulara toxunulur. 

Proqramın əsas məqsədi peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin praktiki bacarıqlarının artırılması və gələcək mütəxəssislərin daha dərindən biliklərə yiyələnməsinə şərait yaratmaqdır.

Bootcamp həmçinin yerli müəllimlərə beynəlxalq təcrübədən faydalanaraq müasir texnologiyaları mənimsəmək imkanı yaradır və Türkiyə–Azərbaycan əməkdaşlığının peşə təhsili sahəsindəki uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.

Digər Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur

2019-09-19 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır - Müsahibə

2019-09-20 00:00:00

Mərkəzin 44 yaşlı tələbəsi- Müsahibə

2019-09-20 00:00:00

Doğru peşə seçimi gələcəyin sığortasıdır - Reportaj

2019-10-02 00:00:00

"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə

2019-10-09 00:00:00

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

2019-10-10 00:00:00

Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində

2019-10-11 00:00:00

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2019-10-15 00:00:00

“Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi” mövzusunda tədbir

2019-11-22 00:00:00

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər ilə memorandumlar imzalanıb.

2019-11-22 00:00:00

“Gənc Sahibkarlar Assosiyası”nın rəhbəri Arman Toskanbayevlə görüş

2019-11-15 00:00:00

Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı

2019-12-12 00:00:00

Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası ilə görüş keçirilib

2019-12-13 00:00:00

“Microsoft Azerbaijan” Şirkəti tərəfindən seminarlar həyata keçirilib.

2019-12-23 00:00:00

Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq

2020-01-13 00:00:00