27 Sentyabr – Anım Günü münasibətilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib
29-09-2025
TƏLİM VƏ TƏDRİS
27 Sentyabr – Anım Günü münasibətilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzin direktoru Şaban Cəərçiyev çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi igidlik tariximizin ən şanlı səhifələrindəndir:
“Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimiz xalqımızın yaddaşında əbədi qalacaq. Onların qəhrəmanlığı gənclər üçün həm örnək, həm də Vətənə sədaqət nümunəsidir.”
Tədbirdə şəhidlərin ruhuna ehtiram ifadə olunub, onların xatirəsi dərin minnətdarlıqla yad edilib.
