Peşə təhsili müəssisəsindən universitetə uzanan yol
25-08-2025
TƏLİM VƏ TƏDRİS
2025–2026-cı tədris ili məzunlarımız üçün xüsusi bir nailiyyətlə yadda qaldı.
Belə ki, 3 qız və 28 oğlan olmaqla ümumilikdə 31 məzunumuz ölkənin nüfuzlu 8 ali məktəbində təhsil almaq hüququ qazandı.
Bu uğur gənclərimizin əzmi, davamlı zəhməti və məqsədyönlü yanaşmasının bariz nümunəsidir. Onların əldə etdikləri nəticə yalnız fərdi qələbə deyil, eyni zamanda bütün kollektiv üçün böyük qürur mənbəyidir.
Məzunlarımızı səmimi qəlbdən təbrik edir, yeni təhsil həyatlarında onlara davamlı uğurlar və daha böyük nailiyyətlər arzulayırıq.
