Peşə təhsilində innovasiya: Sənaye və İnnovasiyalar üzrə BDPTM və TIS əməkdaşlığa başladı
11-07-2025
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Telecommunications and Integration Solutions” MMC (TIS) arasında əməkdaşlığa rəsmi olaraq start verilib. İmzalanan memorandum peşə təhsilində yeni mərhələ açaraq, avtomatika və ağıllı ev sistemləri üzrə ixtisaslaşmış kadrların hazırlanmasını hədəfləyir.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev bildirib ki, bu əməkdaşlıq tələbələrin həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını gücləndirəcək və onların əmək bazarında rəqabətqabiliyyətini artıracaq.
Əməkdaşlığın əsas istiqamətləri: 🔹 Ağıllı ev sistemləri üzrə yeni təlim modullarının yaradılması
🔹 Müasir laboratoriyaların qurulması
🔹 Beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma proqramları
🔹 Təlim materiallarının hazırlanmasında dəstək
🔹 İnnovativ tələbə layihələrinə mentorluq və maliyyə yardımı
🔹 Birgə seminar və konfransların təşkili
Bu təşəbbüs həm “Ağıllı Şəhər” konsepsiyasına, həm də gələcəyin peşəkar mütəxəssislərinin yetişdirilməsinə mühüm töhfə verəcək.
