SİBDPTM-də Avtomobil Diaqnostikası üzrə Ödənişsiz Təlimlər Təşkil Olunur
07-07-2025
TƏLİM VƏ TƏDRİS
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Avtomobil diaqnostikası və təmiri ustası” istiqaməti üzrə qısamüddətli, ödənişsiz təlimlər həyata keçirilir.
Təlimlərin məqsədi iştirakçıların avtomobil sistemlərinin diaqnostikası, nasazlıqların aşkarlanması və təmiri sahəsində nəzəri və praktiki biliklərə yiyələnməsidir.
Dərslər müasir avadanlıqlarla təchiz edilmiş və real iş şəraitinə uyğunlaşdırılmış emalatxanalarda keçirilir ki, bu da iştirakçıların bacarıqlarını təcrübə mühitində formalaşdırmağa şərait yaradır.
Peşə təhsili sistemində texniki bacarıqların inkişafına yönəlmiş bu cür təşəbbüslər əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında mühüm əhəmiyyət daşıyır.
